تبليغاتX
Qaranfil

 

 

 

 

 

شعیر: توتقون

1

بیر داها گونش له گؤروشمک اوچون

گؤیلره اوچماق ایسته میرم

بیلیرمی سن آنام؟

یارین لارا گئتمک ایسته ییرم

دونه نین شکلی اللریمده

و یئنی چاغلاری یاراتماق ایسته ییرم

کی هر شکیلینده

گؤنش یئر اوزه رینده

 

2

ساعات 12 تامام

گئده گئده وارلیغیمی تاماملاییر

گونون گون اورتا چاغیندا

وارلیغیم تک

تانری یوخلوغوما قول چکیر

و من دیزه چؤکمه میشم تانرینین قارشیسیندا

آزادلیق منی دوستاقلایاراق

دیزه چؤکمه یی یاساقلاییب

 

Şeir: tutqun

 

     1

Bir daha günəşlə görüşmək uçun

Göylərə uçmaq istəmirəm

Bilirmisən anam

Yarinlara getmək istəyirəm

Dünənin şəkli əllərimdə

Və yeni çağları yaratmaq istəyirəm

Ki hər şəkilində

Günəş yer üzərində

 

     2

Saat 12 tamam

Gedə gedə varlığımı tamamlayır

Günün günorta çağında

Varlığım tək tanrı yoxluğuma qol çəkir

Və mən dizə çökməmişəm tanrının qarşısında

Azadlıq məni dustaqlayaraq

Dizə çökməyi yasaqlayıb

+ Yazılmış 29 Jan 2009 Saat 1 PM Yazan turkdaniz - toral |


 

 

                                                                                        Powered By AzarwebOnline.com 2008-2009 V.Nariman