|
|
|||
|
|
شعیر: کریم گل اندام 1 ای تالانمیش وارلیغیم بیر زامان خیرمان ایدین دئدیلر قاریشقالار سنی چکیب آپارار من گؤزوم گؤره گؤره اؤزومه اوره ک وئردیم قاریشقالار خیرمانی نئجه چکیب قورتارار؟! ایندی باشا دوشورم کوره ییمدن اوشورم وارلیق کی خیردالانار خیردا خیردا تالانار
2 کؤهنه بئیین تزه فیکیر وئرمز اله تله س بئینینی تزه له دونیا آتین چاپدیراجاق اونو دایاندیرماق اولماز چتین بیرده یئنی دونیا کؤهنه اؤلچولره گله تله س بئینینی تزه له عیبرت تکجه جواهیر دی آددیم باشی هر یئرده وار گؤره ن چوخدور گؤتورن آز گؤتور یوخسا سنه قالماز دونیا کئچیر الدن اله تله س بئینینی تزه له
Şeir: kərim gül əndam
1 Ey talanmiş varlığım Bir zaman xırman idin Dedilər qarışqalar Səni çəkib aparar Mən gözüm görə görə Özümə ürək verdim Qarışqalar xırmanı necə çəkib qurtarar?! Indi başa düşürəm Kürəyimdən üşürəm Varlıq kı xırdalanar Xərda xərda talanar
2
Köhnə beyin təzə fikir verməz ələ Tələs beynini təzələ Dünya atın çapdıracaq Onu dayandırmaq olmaz Çətin birdə yeni dünya köhnə ölçülərə gələ Tələs beynini təzələ Ibrət təkcə cəvahirdi addim başı hər yerdə var Görən çoxdur götürən az Götür Yoxsa Sənə qalmaz
Dünya keçir əldən ələ Tələs beynini təzələ
+ Yazılmış 23 Dec 2008 Saat 4 PM Yazan turkdaniz - toral | | ||
|
Powered By AzarwebOnline.com 2008-2009 V.Nariman |
|||